Sevgi birliyimiz, Biliyimiz bacarığımızdır!

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F – 145 nömrəli əmrinə əsasən “Ailəm və məktəbim” layihəsinin keçirilməsi haqqında əmr verilmişdir. Layihənin keçirilməsində məqsəd Ailə - məktəb münasibətlərinin səmərəli təşkili, böyüməkdə olan gənc nəslin motivasiya  sahəsinin, əxlaq şüurunun formalaşmasına, uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirilməsinə və özünü dərketməsinə, bilik və bacarıqlarını inkişaf etdirilməsinə sistemli töhvə verməsidir.

“Ailəm və məktəbim” layihəsi çərçivəsində məktəbdə “Günəşin zərrələri” adlı müəlli m– valideyn birliyi yaradıldı. Layihənin icrası məqsədilə birlik üçün məktəb rəhbərliyi tərəfindən xüsusi otaq ayrıldı, layihə rəhbəri təyin olundu, idarə heyyətinin üzvləri seçildi, birliyin loqosu və devizi haqqında müzakirələr aparıldı. İdarə heyyətinin üzvləri məktəbin fəal valideynləri, müəllim valideynlərdən təşkil olundu.

Layihə rəhbəri Hicran Əliyevanın təşkilatçılığı ilə keçirilən iclasda  görüləcək işlərin tədbirlər planı hazırlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi