Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir

Mayın 11 – də  IX sinif valideynləri ilə məktəb rəhbərliyinin “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda görüşü keçirildi.

İclası giriş sözü ilə açan məktəbin direktoru Sevinc Musayeva il öncə  IX sinif şagirdlərinin ümumi orta təhsil kursu üzrə buraxılış imtahanındakı nəticələrin təhlilini edərək valideynlərə övladlarının gələcək təhsili ilə bağlı tövsiyələrini verdi.  

Məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Svetlana Kərimova cari dərs ilinin əvvəlindən indiyədək IX sinif şagirdlərinin təlim keyfiyyətinin yoxlanması, yüksəldilməsi istiqamətində görülmüş işlərdən danışdı.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Rzayeva ümumi təhsil kursu üzrə təhsilini başa vurmuş və təhsillərini peşəyönümü istiqamətində davam etdirmək istəyən şagirdlərin valideynlərinə peşə liseyləri ilə bağlı ətraflı məlumat verdi. Valideynlərin nəzərinə çatdırdı ki, düşünülmüş, düzgün seçilmiş peşə şagirdin gələcək uğurunun zəminidir. Bunun üçün bu istiqamətdə qərar qəbul edərkən xüsusi həssaslıqla yanaşmalarını tövsiyə etdi.

Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi