Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat turniri
Binəqədi rayon Gənclər və İdman İdarəsinin və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə mayın 6 – da "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat turniri keçirilmişdir.
Şahmat turnirinin nəticəsinə əsasən məktəbin komandası 3-cü yerdə qərarlaşdı.
Turnirdə hakimlik vəzifəsini Xalidə Həsənova və Ramil İmanov yerinə yetirmişdir.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin metodisti Fidan Həsənli iştirak etmişdir.
Məktəbin komandasını təbrik edir, bol – bol qələbələr arzu edirik.