Heydər Əliyevin anadan olmasının 99 – cu ildönümü

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99 – cu ildönümü münasibətilə məktəbdə tədbir keçirildi. Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin və dünya şöhrətli siyasətçı Heydər Əliyevin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Ulu Öndərin Anım Günü münasibətilə məktəbin şagirdləri müdrik liderin xatirəsinə həsr edilmiş şeirlər, mahnılar səsləndirdi.  “Heydər Əliyev və Qarabağ” mövzusunda nümayiş etdirilən sərgi iştirakçıların böyük marağına səbəb oldu. Məktəbin musiqi müəllimi Qövsi Aygünün rəhbərliyi ilə məktəbin xor qrupunun hazırladığı kompozisiyanı qrup üzvləri böyük həvəs və coşqu ilə ifa etdilər. Tədbirdə eyni zamanda məktəbin fəal şagirdləri arasında Ulu öndərin əziz xatirəsinə həsr olunmuş  şahmat yarışı keçirildi. Yarışda qalib gələn şagirdlər məktəb rəhbərliyi tərəfindən Diplomla təltif olundular.

Tədbir məktəbin yaşıllıq sahəsində gül kolları və ağac fidanların əkilməsi ilə başa çatdı.

Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış Heydər Əliyev tarixdə əbədi olaraq yaşayacaq, əziz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi