"Qarabağın mirvarisi -Şuşa" mövzusunda uğurlu dərs

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022 – ci il tarixli 124s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın 10 – cu bəndinin, Azərbaycan Respublikası Prezidentinin 2022 – ci il “Şuşa ili” elan etməsi ilə əlaqədar, Azərbaycan Respublikasının “Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndinin icrası məqsədilə  hazırlanmış  Tədbirlər Planına müvafiq olaraq mayın 3 – də məktəbin rus dili  müəllimi Aytən Məmmədovanın rəhbərlik etdiyi “Rus dili sevənlər” dərnəyinin üzvlərinin təqdim etdiyi “Qarabağın mirvarisi – Şuşa” adlı dərsi dinlənildi.  

Məqsəd şagirdlərin asudə vatlarının səmərəli və mənalı təşkilini təmin etmək, Şuşa şəhərinin zəngin abidələrinin, memarlıq kompleksləri, göz oxşayan füsunkar təbiətinin uşaq və gənclərin yaddaşına həkk etdirmək, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, yeni istedadları üzə çıxarmaq, xüsusi bacarığa malik olan uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək idi.

Dərnək rəhbəri Aytən Məmmədovanın təşkilatçılığı ilə keçirilən dərsdə şagirdlər Şuşa haqqında şeirlər söylədilər, mahnılar ifa etdilər, təqdimatlar nümayiş  etdirdilər, şüarlar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi