Şagirdin idman uğuru

Azərbaycan Stolüstü Tennis Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 13 – 16 aprel tarixlərində Stolüstü Tennis üzrə Azərbaycan birinciliyi  yarışı keçirilmişdir.  Yarışda yeniyetmə və gənc idmançılar bacarıqlarını göstərmişlər.

Gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışın nəticələrinə əsasən məktəbin 8ç sinif şagirdi Ziya Mürşüdlü Stolüstü Tennis üzrə Azərbaycan birinciliyi yarışında öz yaş kateqoriyası üzrə oğlanların komanda turnirində 3 – cü pillədə qərarlaşıb.

Məktəbin şagirdini təbrik edir, idman uğurları arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi