“Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival – müsabiqəsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022 – ci il tarixli 124s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın 10 – cu bəndinin, Azərbaycan Respublikası Prezidentinin 2022 – ci il “Şuşa ili” elan etməsi ilə əlaqədar, Azərbaycan Respublikasının “Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndinin icrası məqsədilə müvafiq Tədbirlər Planın müzakirəsi və hazırlanması üçün məktəb rəhbərliyi və fənn metodbirləşmə sədrlərinin iclası keçirildi.

İlk öncə “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival – müsabiqəsinın məqsədi – Şuşa şəhərinin zəngin abidələrinin, memarlıq kompleksləri, göz oxşayan füsunkar təbiətinin uşaq və gənclərin yaddaşına həkk etdirmək, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, yeni istedadları üzə çıxarmaq, xüsusi bacarığa malik olan uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək olması, festival – müsabiqə çərçivəsində keçiriləcək müsabiqələr, onların keçirilmə şərtləri və qaydaları, elan olunmuş nominasiyalar, müsabiqənin yekunu və qaliblərin mükafatlandırılması haqqında olan informasiyalar iclas iştirakçılarının diqqətinə çatdırıldı.

 Festival – müsabiqənin təşkil olunması ilə bağlı müzakirələr aparıldı, maraqlı təkliflər dəyərləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi