Qrossmeyster Şəhriyar Məmmədyarovun doğum gününə həsr olunmuş şahmat turniri

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 12 aprel 2022-ci il tarixində "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində Qrossmeyster Şəhriyar Məmmədyarovun doğum gününə həsr olunmuş şahmat turniri keçirilmişdir.

Şahmat turnirinin nəticəsinə əsasən məktəbin komandası  rəqiblərinə qalib gələrək birinci yeri qazanmışdır.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova  iştirak etmişdir.

Məktəbin komandasını təbrik edir, hər zaman birincilik arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi