Çempionumuz

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai birliyinin birgə imzaladığı əsasnaməyə əsasən “Çempionumuz" sosial idman layihəsi çərçivəsində aprelin 11 – də  məktəbdə Muay Tay  idman növü üzrə Avropa çempionu Xəyal Əliyev və Avropa çempionatının gümüş mükafatçısı Murad Mehrəliyev ilə məktəblilərin görüşü keçirilmişdir.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Rzayeva, Muay Tay idman növü üzrə Avropa çempionu Xəyal Əliyev, Avropa çempionatının gümüş mükafatçısı Murad Mehrəliyev və gənclər iştirak etmişdir.

İlk öncə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Daha sonra idarənin baş məsləhətçisi Elvin Quliyev tədbir iştirakçılarını salamlayaraq tədbirlə bağlı məlumat verdi və idmançılarımızın ümumi idman nailiyyətlərindən söz açdı. Daha sonra söz məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Rzayeva verildi. O, tədbir iştirakçılarını salamladıqdan sonra tədbirin təşkil olunmasına görə Binəqədi Rayon Gənclər və İdman İdarəsinə xüsusi təşəkkürünü bildirdi. Çıxışa ardıcıl olaraq idmançılarmız davam edərək qazandığı nailiyyətlər barəsində gənclərə məlumat verdilər.

Tədbir idmançımızın gəncləri marağlandıran suallarını cavablandırması ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi