“Yaradıcı müəllim” müsabiqəsinin qalibləri mükafatlandırlıb

            Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mükafatlandırılma mərasimində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Azərbaycan Gənc Müəllimlər Assosasiyasının sədri Rüfət Əsədzadə, Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb rəhbərləri və müəllimlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva təhsilimizin inkişafı üçün qabaqcıl təcrübəyə malik, istedadlı, peşəkar müəllimlərə hər zaman ehtiyac olduğunu söyləyib. Bildirib ki, sürətlə dəyişən dövr müəllimdən yeni axtarışlar, ideyalar, yeni yanaşmalar, yenilikçi təşəbbüslər tələb edir.

Müsabiqənin məqsədi və əhəmiyyəti barədə danışan İdarə müdiri “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinə təqdim etdikləri yenilikləri ilə seçilən müəllimlərin dəyişən, yenilənən dünyamızın, cəmiyyətimizin quruculuğunun fəal iştirakçılarından olduqlarını diqqətə çatdırıb.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri  Vəfa Yaqublu, Azərbaycan Gənc Müəllimlər Assosasiyasının sədri Rüfət Əsədzadə ölkənin ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq və müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək baxımından bu cür müsabiqələrin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdiklərini söyləyiblər.

Məktəbin ibtidai sinif müəllimi Aygün Bədəlova mükafatlandırılan müəllimlər sırasında yer alıb. Məktəbin müəllimini təbrik edir, pedaqoji fəaliyyətində uğurlar arzu edirik.

“Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin qalibləri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi