“Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici görüş
Aprelin 1 – də məktəbin tibb bacısı Yeganə Daşdəmirovanın, biologiya müəllimi Nəzakət Məmmədlinin, tərbiyə işləri üzrə direktor müavini Sevda Rzayeva, UBR Samirə İbrahimovanın təşkilatçılığı ilə 6 – cı sinifdə təhsil alan qızlarla “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici görüş keçirildi. Görüşdə reproduktiv sağlamlıq – reproduktiv sistem, onun funksiya və prosesləri, şəxsi gigiyena qaydaları haqqında məktəblilərə geniş məlumatlar verildi.
Tibb bacısı Yeganə Daşdəmirova görüş iştirakçılarına yeniyetməlik dövrünün xüsusiyyətləri, şəxsi gigiyena qaydaları və s.barədə ətraflı məlumat verməklə yanaşı,repreduktiv sağlamlığın insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğunu qeyd etdi, insan təkmilləşdikcə reprodukdiv sağlamlığın da inkişaf etməsini vurğuladı. Eyni zamanda bu sağlamlığın təməlinin yeniyetməlik dövründə yaranmasını və bütün həyat boyu qorunub – saxlanmasının vacibliyini iştirakçıların diqqətinə çatdırdı.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.