Tarixdə qalan gün

Martın 31-də məktəbin tarix müəllimi Tağıyeva Şəfiqənin təşkilatçılığı ilə “31 Mart soyqırım günü”nə həsr olunmuş "Tarixdə qalan gün" adlı dəyirmi masa keçirildi.  İlk öncə soyqırım qurbanlarının, vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Təşkilatçı Tağıyeva Şəfiqə bildirdi ki, Ümummilli lider, ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı" haqqında 26 mart  1998-ci il tarixli fərmanı ilə bu soyqırıma əsl hüquqi qiymət verilmişdir. Daha sonra Şəfiqə Tağıyeva çıxış edərək erməni vəhşiliklərinin bu gün də davam etdirmək cəhdlərini lakin buna nail ola bilməyəcəklərini vurğuladı.

Sonda şagirdlər soyqırıma həsr olunmuş şeirlər səsləndirdilər, səhnəciklər nümayiş etdirdilər və təqdimatlarında ulu öndər Heydər Əliyevin uğurlu siyasətini davam etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində həm torpaqlarımızın azad edildiyi, həm də şəhidlərimizin və soyqırım qurbanlarının  qisasının  alındığını qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi