Fəxri Fərman
Martın 19 – da məktəbdə fəaliyyət göstərən “Məktəblinin dostu” pilot layihəsi əməkdaşları Qasımov Ayət Hidayət oğlu, Vəliməmmədova Nigar Hikmət qızı fəal xidmətlərinə görə məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.
“Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki bir sıra ümumi təhsil müəssisəsində həyata keçirilir.
Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.
Bu təltif münasibətilə “Məktəblinin dostu” əməkdaşlarını təbrik edir, işlərində uğurlar arzu edirik.