Novruz Bayramı – milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2021-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” layihəsinin icrası məqsədilə Tədbirlər Planına müvafiq silsilə tədbirlərin yekunu olaraq “Novruz Bayramı – milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir” adlı ümumməktəb tədbiri keçirildi. Tədbir məktəbin müəlliləri Pərvanə Mehrəliyevanın, Hicran Əliyevanın təşkilatçılığı ilə baş tutdu.
Tədbirdə Binəqədi Rayonu İcra Hakimiyyətinin ictimai – siyasi və humanitar şöbənin baş məsləhətçisi Amal Əsgərov, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Musayeva iştirakçıları salamladı, bayram münasibətilə onları təbrik etdi, “Novruz Bayramı – milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir” adlı bayram tədbirini açıq elan etdi. Novruzun ən gözəl simaları olan Kosa, Keçəl, Bahar qızı öz çıxışları ilə iştirakçıları sevindirdilər. Bu bayramın özəlliyi Baharın bütöv Azərbaycan olaraq qarşılanmasında idi. Sevincimizin bütövlüyü işğaldan azad olunmuş şəhər və rayonlarımızın işğaldan öncəki görüntüləri, bü günü və dövlətimizin nəzərdə tutduğu gələcək şəhərsalma və abadlaşdırma, ağıllı kənd layihəsinin görüntülərindən ibarət yaratdıqları kompozisiyalarda, stendlərdə, güşələrdə öz əksini tapırdı.
Tədbirdə iştirak edən Amal Əsgərov iştirakçıların bayram təqdimatlarını yüksək qiymətləndirdi və belə şənliklərin keçirilməsini təqdirəlayiq hesab etdiyini vurğuladı.
Tədbirin bədii hissəsi məktəbin musiqi müəllimi Qövsi Aygünün rəhbərliyi altında məktəbin xor qrupunun “Bahar çələngi” adlı ifası ilə yekunlaşdı.
Sonra iştirakçılar tonqal ətrafında birliyimizin rəmzi olan Yallı rəqsi ilə şənliyi davam etdilər.