Bahar nəfəsli, çiçək qoxulu bayram
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2021-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” layihəsinin icrası məqsədilə Tədbirlər Planına müvafiq olaraq silsilə tədbirlər davam edir. Silsilə tədbirlərin davamı olaraq martın 17 – də məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Nailə Mahmudovanın təşkilatçılığı ilə 1ə sinfində “Bahar nəfəsli, çiçək qoxulu bayram” adlı şənlik keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra şagirdlər Novruz bayramının yazın gəlişini simvolizə edən qədim xalq bayramı olmasını, Novruz bayramının qədim ənənələrlə, oyunlarla zənginliyini, bayramın spesifik simvollarını təqdim etdikləri səhnəciklərdə, söylədikləri şeirlərdə, rəqslərdə, hazırladıqları əl işlərində nümayiş etdirdilər.
Sonda Nailə Mahmudova birinciləri bahar nəfəsli, çiçək qoxulu bayram olan Novruz bayramı münasibətilə təbrik etdi, Novruz bayramının şən və sevimli, xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayram olduğunu qeyd etdi.