Məktəblilər İlaxır çərşənbəsində
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2021-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” layihəsinin icrası məqsədilə Tədbirlər Planına müvafiq olaraq silsilə tədbirlər davam edir. Martın 16 – da məktəbin 1c, 2b, 3ç, 4a, 5b, 5c siniflərində dərslər Torpaq çərşənbəsinin təntənəli şəkildə qeyd olunmasına həsr olundu. Torpaq çərçənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət, milli adət ənənələrimizin qorunub saxlanılması məqsədilə şagordlər və müəllimlər bayram şənliyinə qoşuldu.
Şənlikdə şagirdlər İlaxır çərşənbənin adətlərini, birlik, qardaşlıq, bərabərlik, bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirdilər.