Bahar çələngi – İlaxır çərşənbə

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin  01.03.2021-ci il tarixli  F-85 nömrəli əmrinə əsasən  “Bahar çələngi”  layihəsinin  icrası məqsədilə Tədbirlər Planı hazırlanmışdır. Silsilə tədbirlərin davamı olaraq martın 15 – də məktəbin ibtidai sinif müəllimi Dilrubə Cabbarovanın təşkilatçılığı ilə 2”Ç” sinfində “Novruz çərşənbələri – İlaxır çərşənbə” adlı tədbir keçirilmişdir.   

İlk olaraq Dilrubə Cabbarova xalqımızın ən qədim və milli bayramı olan Novruza qədər dörd çərşənbə - "Su çərşənbəsi”, "Od çərşənbəsi”, "Yel çərşənbəsi” və "Torpaq çərşənbəsi”nin hər biri xüsusi mərasimlərlə qeyd olunmasını, sonuncu çərşənbə olan Torpaq çərşənbəsinin xalq arasında "Yer çərşənbəsi”, "İlaxır çərşənbə” də adlandırılmasını və bir çox bölgələrdə, hətta Novruz bayramından da çox təmtəraqla qeyd olunmasını qeyd etdi. Torpaq çərşənbəsində tonqal qalanması, plov dəmlənməsi, səməni cücərdilməsi, xonça hazırlanması, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və s. kimi xalqımızın qədimdən bu günə kimi yaşatdığı bir çox adət-ənənələri iştirakçıların diqqətinə çatdırdı. Şagirdlərin söylədikləri haxıştalar, Novruz bayramının əsas personajları “Kosa” və “Keçəl” haqqında hazırladıqları səhnəciklər, bayrama özəl əl işləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Sonda çıxış edən məktəb rəhbərliyi şagirdləri Bahar bayramı münasibətu ilə təbrik etdi və ümumi – bəşəri dəyərlərimizi hər zaman qoruyub yaşatmağı və növbəti nəsillərə ötürməyi tövsitə etdi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi