İrəvan Müəllimlər Seminariyasının yaranması
Azərbaycan Respublikası Təhsil Nazirinin 31.01.2022 – ci il tarixli F – 43 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” əsasnamənin 15.6 – cı bəndini rəhbər tutaraq martın 10 – da məktəbin tarix müəllimi Fəridə Ağayevanın təşkilatçılığı ilə rus bölməsinin 7d sinfində “İrəvan Müəllimlər Seminariyasının yaranması” adlı dərsi dinlənildi.
Dərsdə fənn müəllimi Fəridə Ağayeva tərəfindən İrəvan Müəllimlər Seminariyasının yaranma tarixi, seminariyanın ilk məzunları, ermənilərin yürütdükləri işğalçı siyasətin İravan Müəllimlər Seminariyasının fəaliyyətinə təsirinin nəticələri haqqında geniş məlumat verdilər. Şagirdlər hazırladıqları məlumat, şəkil və təqdimatları nümayiş etdirdilər.
Dərsin sonunda məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Rzayeva mövzu ətrafında informasiyalar əlavə etdi və şagirdlərə aktiv iştirakları üçün təşəkkürünü bildirdi.