Firudin bəy Köçərli adına kitabxanaya səyahət
Azərbaycan Respublikası Təhsil Nazirinin 31.01.2022 – ci il tarixli F – 43 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” əsasnamənin 15.6 – cı bəndini rəhbər tutaraq martın 10 – da məktəbin kitabxana müdiri Sevinc Rəhimova və ibtidai sinif müəllimi Aygün Bədəlovanın təşkilatçılığı ilə 2b sinif şagirdləri Firudin bəy Köçərli adına uşaq kitabxanasına səyahət etdilər.
Şagirdlər müxtəlif kitablarla tanış oldular. Şagirdlərin diqqətini kitabxananın səsli kitablar otağı çəkdi. Burada bir – birindən maraqlı kitabları böyük həvəslə dinlədilər. Onların kitabxanaya gəlişi kitabxanaya, mütaliə etməyə və kitablara böyük maraq oyatdı.
Şagirdlər kitabxanadan yüksək təəsüratlarla ayrıldılar.