Fəxri Fərman

YAP Binəqədi rayon təşkilatının yaradılmasının 29-cu ildönümü və 8 Mart- “Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirildi.

05 mart 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 29-cu ildönümü və 8 Mart- “Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin komissiya sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbirdən öncə iştirakçılar YAP Binəqədi rayon təşkilatının inzibati binasının önündə ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək gül dəstələri qoydular, ulu öndərin xatirəsinə ehtiramlarını bildirdilər.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov rayon təşkilatının fəaliyyəti barədə ətraflı danışdı. Bildirdi ki, Yeni Azərbaycan Partiyasının təsis olunmasından sonra ilk yaradılan rayon təşkilatlarından biri də məhz Binəqədi rayon təşkilatıdır. Sıralarında 16 mindən çox üzvü birləşdirən rayon təşkilatı 1993-cü ilin 7 mart tarixində təsis edilib. Rayon təşkilatı öz fəaliyyətini bu müddər ərzində uğurla qurub. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşısında daha böyük uğurları hədəfləyir. Vüsar İsmayılov çıxışında eyni zamanda Azərbaycan qadınlarının ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsində öz töhfələrini vermələrindən bəhs etdi. Bütün partiya üzvlərini və qadınları təbrik etdi, onlara uğurlar arzuladı.

Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında tarixi, siyasi hadisələrə nəzər salaraq YAP-ın yaradılmasından bəhs etdi. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının ilk iclaslarından, rayon təşkilatlarının çox çətin şəraitdə yaradılmasından bəhs etdi. Ümummilli lider Heyər Əliyevin siyasi strategiyası və Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizin çoxsaylı uğurlar qazanmasında Yeni Azərbaycan Partiyasının da əvəzsiz rolu olduğunu söylədi. Dünyada müxtəlif böhran vəziyyətinin hökm sürməsinə baxmayaraq ölkə iqtisadiyyatımızın sürətli inkişafı, ictimai-siyasi sabitliyimizin davamlı bərqərar olunması dövlət başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir.

Tədbirdə yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin sözlərinə görə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun davam etdirilməsi ölkəmizi daha da parlaq gələcəyə aparacaq və dünyadakı nüfuzunu daha da möhkəmləndirəcək. Həmçinin ölkəmizin qazandığı uğurların iqtidar-xalq birliyinin, həmrəyliyinin məntiqi nəticəsi olduğunu söylədi. Bütün partiya üzvlərini təbrik etdi.

Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edildi. YAP Binəqədi rayon təşkilatının yaradılmasının 29-ci ildönümü və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə rayon təşkilatının və Binəqədi rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs təşkilatın və Binəqədi Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olundu, hədiyyələr təqdim edildi.

Məktəbin direktoru Sevinc Musayevanı Fəxri Fərmanla təltif oluması münasibətilə təbrik edir, uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi