5 Mart Bədən Tərbiyəsi və İdman Günü

Martın 4 – də məktəbdə “5 Mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, müxtəlif idman növü ilə məşğul olan şagirdlər, onların ataları və məşqçiləri iştirak edirdilər. Azərbaycan Cüdo Federasiyasının fəxri üzvü və məşqçisi, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin fəxri üzvü, respublika dərəcəli hakim, beynəlxalq yarışların mükafatçısı və qalibi, idman ustası Salmanov Elnur Aydın oğlu, Azərbaycan Muay Tay – Tayboks Federasiyasının Yeniyetmə və Gənclər üzrə baş məşqçisi  Fəxri Əliyev, Azərbaycan Muay Tay – Tayboks Federasiyasının Yeniyetmələr üzrə  məşqçisi Mürsəli Yekibaşov  öz çıxışlarında dövlətimizin İdman sahəsinə göstərdiyi diqqət və qayğıdan, son illərdə idmanın müxtəlif növləri üzrə idmnaçılarımızın əldə etdikləri qələbələri xüsusi olaraq qeyd etdilər.

Muay Tay idman növü,  Gənclər üzrə Dünya çempionu, Avropa çempionatının gümüş mükafatçısı, məktəbin məzunu olmuş və hal – hazırda Bədən tərbiyəsi və İdman Akademiyasının 2 – ci kurs tələbəsi olan Rəvan Ağazadə, Muay Tay idman növü üzrə Azərbaycan çempionu, Avropa çempionatının gümüş mükafatçısı, məktəbin şagird məzunu olmuş, hal – hazırda Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat kollecinin 1- ci kurs tələbəsi  olan Murad Mehralıyev, hal – hazırda məktəbin Xb sinfində təhsil alan Muay Tay idman növü üzrə  Avropa birincisi, 2015 – 2020 –ci il  Azərbaycan çempionu, 2016, 2018 – ci il Avropa çempionu, 2019 – cu  il Prezident kuboku – 1 yer, 2019 – cu il  Beynəlxalq turnir – 1 – ci yer, “Dəmir yumruq 1” və “Dəmir Yumruq 3” – 1 – ci yer mükafatlarına layiq görülmüş  Xəyal Əliyev öz idman uğurları haqqında iştirakçılara məlumat verdilər, Azərbaycan bayrağının daim  yüksəklərdə dalğalandırılmasının qürurverici olduğunu söylədilər.

Sonda çıxış edən məktəbin direktoru Sevinc Musayeva idmanın müxtəlif növləri üzrə nailiyyət əldə edən şagirdləri ürəkdən təbrik etdi, tədbirdə iştirak edən valideyn – atalara müraciət edərək idman uğurları ilə yanaşı təhsil uğurlarının da bol olması üçün məktəb – şagird – valideyn əməkdaşlığında daha yaxından iştirak etmələrini tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi