Xocalı harayı!
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası təhsil nazirinin 14.02.2022 – ci il tarixli, F – 81 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbin Fəaliyyət Planında nəzərdə tutulmuş Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına müvafiq olaraq məktəbdə müxtəlif siniflərdə silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır.
Silsilə tədbirlərin yekunu olaraq fevralın 25 – də “Xocalı harayı!” adlı ümumməktəb tədbiri keçirildi.
Tədbir məktəbin həyətində abidənin ziyarəti ilə başladı. İştirakçılar foyedə şagirdlərin əl işlərindən, rəsmlərindən ibarət sərgi ilə tanış oldular.
Dövlət himni səsləndirildikdən sonra faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 1992 – ci il fevralın 25 – dən 26 – na keçən gecə ermənilərin xalqımızın başına gətirdikləri faciə tarixi faktlar və sübutlarla tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Şagirdlərin Xocalı qətliamı haqqında söylədikləri şeirlər, təqdim etdikləri kompozisiyalar məktəb rəhbərliyi və qonaqlar tərəfindən rəğbətlə qarşılandı.
Tədbirdə iştirak edən, hadisələrin canlı şahidi olan I Vətən müharibəsi qaziləri İsmayılov Seymur Hüseyn oğlu və Əsədov Əli Nəriman oğlu müharibə ilə bağlı xatirələrini iştirakçılarla bölüşdülər. 30 illik Vətən həsrəti nisgilinin sona çatmasını qürurla söylədilər. 10 noyabr 2020 – ci il, butarixin Qarabağa qovuşduğumuz, Şanlı Ordumuzun 44 gün ərzində döyüş meydanında qəhrəmanlıq göstərərək qələbə qazanmasının hər bir azərbaycanlı tərəfindən böyük sevinc, qürur və fəxarət hissi ilə qarşılandığını vurğuladı.
Tədbirdə çıxış edən məktəbin direktoru Sevinc Musayeva Qanayan Yaramız olan Xocalı faciəsini “Unutmayaq! Unurdurmayaq!” şüarını səsləndirdi. Alı Baş Komandanımız İlham Əliyevin və Müzəffər Ordumuzun qızıl hərflərlə yazdıqları yeni tariximizin gənc nəsillər tərəfindən uğurla davam etdirildiyini söylədi.
Sonda şagirdlər “Cəngi” musiqisinin sədaları altında yallı gedərək, “Qarabağ Azərbaycandır!” şüarını səsləndirdilər.