Xocalıya ədalət istəyirik!

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası təhsil nazirinin 14.02.2022 – ci il tarixli, F – 81 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbin Fəaliyyət Planında nəzərdə tutulmuş Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına müvafiq olaraqməktəbdə müxtəlif siniflərdə silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır.

Bu məqsədlə fevralın 24 – də  məktəbin akt zalında tarix müəllimi Fəridə Ağayevanın təşkilatçılığı ilə rus bölməsi 7d sinfində “Xocalıya ədalət istəyirik!” adlı ümumməktəb tədbiri keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir daha sonra şagirdlərin təqdim etdikləri erməni vəhşiliyini reallaşdıran Serj Sarqsyan haqqında məlumatla, faciə qurbanlarının məruz qaldıqları ağlasığmaz işgəncələr haqqında səhnəciklərlə davam etdirildi. Şagirdlərin hazırladıqları maket, poster, divar qəzetləri, rəsmlər tədbir iştirakçılarının diqqətini cəlb etmişdir. Şagirdlər müxtəlif dillərdə “Xocalıya ədalət istəyirik!” şüarını səsləndirdilər.

Tədbirdə iştirak edən məktəb rəhbərliyi yetişməkdə olan gənc nəsli xalqımıza qarşı törədilmiş bu faciəni unutmamağı və gələcək nəsillərə ötürməyi tövsiyə etdi.

Sonda şagirdlər “Ana mən şəhid oldum” bəstəsini canlı ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi