Xocalı Fəryadı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası təhsil nazirinin 14.02.2022 – ci il tarixli, F – 81 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbin Fəaliyyət Planında nəzərdə tutulmuş Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına müvafiq olaraqməktəbdə müxtəlif siniflərdə silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır.
Bu məqsədlə fevralın 23 – də Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı məktəb kitabxanasında tədbir keçirildi. İştirakçılara Xocalı soyqırımından bəhs edən elmi kitabların sərgisi təqdim edildi.Tədbirdə Azərbaycan Respublikası Dövlət Himni səsləndirildikdən sonra qətlə yetirilmiş soydaşlarımızın, xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdi.
7ç sinif şagirdləri Mirvarid Dilbazinin "Xocalı Fəryadı" dramından ədəbi kompazisiya təqdim etməklə, o gecənin necə də dəhşətli olduğunu bir daha əks etdirdilər. Müəllimələr şagirdlərə qan yaddaşımızla bağlı ətraflı məlumatlar verdilər. Belə tədbirlərin kecirilməsində məqsəd şagirdlər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqirimi haqqında həqiqətləri bütün dünyaya çatdırmaq və faciəni unutdurmamaqdır.