Avropa çempionatı – I,II yer

13 – 20 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində 38 ölkə arasında Muay Tay üzrə Avropa çempionatı keçirilmişdir. Bu yarışda ölkəmiz Muay Tay Federasiyasının Prezidenti Azər Həsənsoyun pəhbərliyi altında 13 idmançı, 2 hakim və 3 məşqçi ilə təmsil olunmuşdur.

Məktəbin hal – hazırda Xb sinfində təhsil alan Xəyal Fəxri oğlu Əliyev 60 kq çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq Muay Tay idman növündə Avropa birincisi olmuşdur.

Məktəbin məzunu  Murad Asəf oğlu  Mehralıyev 91 kq çəki dərəcəsində  2 ci yerdə qərarlaşmışdır.

Bu qələbə münasibətilə onları təbrik edir, bol – bol uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi