Həzm orqanlarının quruluşu və funksiyaları

Məktəbin fəaliyyət planına əsasən fənn aylıqları çərçivəsində  Biologiya dərslərinin dinləniməsi davam edir. Məqsəd müəllimlərin məzmun standartlarını düzgün seçib reallaşdırma vəziyyətini, məqsədin reallaşmasına xidmət edən metod və üsulların düzgün seçilməsi, təlim nəticələrinin qiymətləndirilməsi, resurslardan istifadənin məqsədəuyğunluğunu öyrənməkdir.

Fevralın 22 – də VIIIa  sinfində fənn müəllimi Nəzakət Məmmədlinin  “Həzm orqanlarının quruluşu və funksiyaları”  mövzusunda dərsi dinlənildi. Şagirdlər həzm orqanlarının quruluşunu  orqanizmdə baş verən  kimyəvi və fiziki prosesləri  izah  etdilər. Müəllimin köməyi ilə  orqanların  yerləşən bədən boşluqlarını sadaladılar. Müasir dövrdə,  pandemiya şəraitində bilməli olduğumuz sanitar qaydalarla  bir daha  məlumatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi