Azərbaycan dili dünən və bu gün
Fevralın 21 – də məktəbin ibtidai sinif müəllimi Rəfiqə Əliyevanın təşkilatçılığı ilə 4a sinif şagirdləri ilə “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “Azərbaycan dili dünən və bu gün” adlı dəyirmi masa keçirildi. İlk öncə ibtidai sinif müəllimi Rəfiqə Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ana dilimiz haqqında söylədiyi fikirləri şagirdlərin diqqətinə çatdırdı. Hər bir insanın öz Ana dilini yaxşı bilməli və onu qorumalı olduğunun hər kəsin mənəvi borcu olduğunu şagirdlərin diqqətinə çatdırdı. Dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğu söylənildi.
Sonda çıxış edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Rzayeva çıxış edərək ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığını qeyd etdi. Şagirdlərə öz Ana dillərində danışmağı və Ana dillərini qorumağı tövsiyə etdi.