“Birlikdə daha yaxşı internet üçün” adlı maarifləndirici görüş

Fevralın 8 – də Rəqəmsal  İnkişaf və Nəqliyyat Nazirliyi  və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhlükəsiz internet” mövzusunda maarifləndirici görüş keçirilmişdir. Görüşdə məqsəd əldə olunan məlumatların yuxarı sinif şagirdləri ilə paylaşılması olmuşdur.

Bu məqsədlə fevralın 21 – də məktəb rəhbərliyinin, informatika müəllimi Aynur Mürşüdovanın təşkilatçılığı ilə 7, 8 – ci sinif  şagirdləri ilə “Birlikdə daha yaxşı internet üçün” adlı maarifləndirci görüş keçirildi. Görüşdə ilk öncə “Təhlükəsiz internet günü”nün tarixi haqqında videoçarx nümayiş etdirildi. Sonra internetdən istifadə zamanı qarşılaşdığımız kiber təhlükələr, kiberbullinq, fərdi məlumatların paylaşılmaması, hər kəsi hədəf alan fişinq hücumlar, ən çox istifadə olunan şifrələr, mürəkkəb və yaddaqalan şifrələrin yaradılması, e – poçt təhlükəsizliyi, onlayn mühitdə davranış qaydaları, bank kartı məlumatlarının təhlükəsizliyi, əsas kibergigiyena qaydaları haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırıldı.

Məktəbin psixoloqu Ülkər Feyziyeva internetin psixoloji ziyanları və əmələ gətirdiyi problemlər olan təşviş pozuntusu, içə qapanıqlıq,stress,assosiallıq və depresiya, diqqət zəifliyi, yuxu problemi – mavi işıq effekti, qısqanclıq, aqressiya haqqında məlumatları hazırladığı təqdimatlar vasitəsilə iştirakçılarla bölüşdü.

Şagirdlər onlara təqdim olunan işçi vərəqlərindəki tapşırıqları xüsusi maraqla yerinə yetirdilər.

Sonda çıxış edən məktəbin direktoru Sevinc Musayeva bu mövzularda təşkil olunan maarifləndirci görüşlərin təqdirəlayiq olmasını vurğuladı və iştirakçılara qeyd olunan təlimatlara əməl etmələrini tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi