Ana dili – xalqımızın milli – mənəvi beşiyidir

Fevralın 21 – də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Abbasova Elnarə tərəfindən Beynəlxalq Ana Dili Günü münasibəti ilə ədəbi – bədii kompazisiya keçirildi. Tədbirdə dilimiz müxtəlif dövrlərdə, yüzilliklər boyunca bir çox istilalara, təqiblərə və basqılara məruz qaldığı,  bütün bunlara baxmayaraq ölmədiyi, unudulmadığı, əksinə, zaman – zaman öz varlığını hifz etdiyi, xalqın yaddaşında, ictimai şüurunda, həyat tərzində  mükəmməlliyini qoruduğu,  saflaşaraq, durularaq inkişaf etdiyi vurğulandı. Şagirdlər tərəfindən dilimizin inkişafı uğrunda fəaliyyət göstərən  ədiblərimizin əsərləri böyük həvəslə təqdim edildi. Ana dilimizin qüdrəti bir sıra tanınmış şəxslərin dilindən səsləndirildi.

       Məktəb rəhbərliyindən Musayeva Sevinc və Kərimova Svetlana   çıxış edərək ümummilli lider H. Əliyevin dilimizə necə böyük önəm verdiyindən söz açdılar və bildirdilər ki, ana dili mövzusu  həmişə aktual olan bir mövzudur. Çünki ölkənin milli atributlarından biri kimi, dilimiz də milli kimliyimizi, varlığımızı, mənsubluğumuzu yaşadan ən böyük gücdür, qüvvədir və bu gün hər birimiz ana dilimizi qorumaq, yaşatmaq, gələcək nəsillərə mükəməl şəkildə ötürmək üçün  əlimizdən gələni etməliyik, çünki Ana dilimiz bizim bu günümüz, sabahımız və gələcəyimizdir. Ana dili bizim kimliyimizdir. Ana dili bizim müstəqilliyimiz, əbədiliyimizdir ,onu qorumaq və nəsildən-nəsilə ötürmək hər birimizin borcudur.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi