Fənn aylıqları
Məktəbin fəaliyyət planına əsasən fənn aylıqları çərçivəsində Biologiya dərslərinin dinləniməsi davam edir. Məqsəd müəllimlərin məzmun standartlarını düzgün seçib reallaşdırma vəziyyətini, məqsədin reallaşmasına xidmət edən metod və üsulların düzgün seçilməsi, təlim nəticələrinin qiymətləndirilməsi, resurslardan istifadənin məqsədəuyğunluğunu öyrənməkdir.
Fevralın 17 – də VId sinfində valideynlərin, sinif rəhbərinin iştirakı ilə fənn müəllimi Siranə Əliyevanın “Ümumuiləşdirici dərs” mövzusunda dərsi dinlənildi.
Şagirdlər bitkilərin havadan və torpaqdan qidalanaraq üzvi maddələr əmələ gətirdiyini qeyd etdilər. Bitkinin müxtəlif orqanlarında olan plastidlərinrənginə uyğun geyimlər seçərək, plastidlərin bir – birinini necə əvəz etdiyini bu prosesin nəticəsində yarpağın rənginin dəyişdiyini izah etdilər. Eyni zamanda meyvələrdə, çiçəklərdə plastidlərin olduğunu qeyd etdilər.