Ümumməktəb valideyn iclası IX - XI siniflər

Məktəbdə IX – XI  sinif şagirdlərinin  valideynlərinin  məktəb rəhbərliyi ilə görüşləri davam edir. Bununla bağlı olaraq fevralın 17 – də IX – XI şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşdə məktəb rəhbərliyi tədris ili ərzində şagirdlərin təlim və tərbiyəsi ilə bağlı valideynlərə məlumat verdilər.

Sonra məktəbin psixoloqu Ülkər Feyziyeva “Şagirdə necə dəstək olmalı” mövzusunda imtahan stresi keçirən şagirdə necə dəstək olmalı, şəxsiyyətin tam sağlam inkişafı üçün necə sağlam psixo – emosional  mühit yaratmalı, bu yaş dövründə suisid riski əlamətləri nələrdir və s. mövzularda valideynlərə məlumat verdi. Bundan başqa məktəb rəhbərliyi təlim prosesində  şagirdin vəzifə borclarını bir daha valideynlərə bildirdi.

Görüşdə iştirak edən sinif rəhbərləri şagirdlərin tədris ili  müddətində diqqət etməli olduqları nüanslar barədə valideynləri məlumatlandırdılar.

Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi