Fənn aylıqları
Məktəbin fəaliyyət planına əsasən fevral ayında Biologiya fənninin tədrisi vəziyyətinin öyrənilməsi nəzərdə tutulmuşdur. Məqsəd müəllimlərin məzmun standartlarını düzgün seçib reallaşdırma vəziyyətini, məqsədin reallaşmasına xidmət edən metod və üsulların düzgün seçilməsi, təlim nəticələrinin qiymətləndirilməsi, resurslardan istifadənin məqsədəuyğunluğunu öyrənməkdir.
Bu məqsədlə fevralın 14 – də məktəbin biologiya müəllimi Zərnişan Rüstəmovanın VIIc sinfində “Yastı qurdlar tipi” mövzusunda dərsi dinlənildi. Nümayiş olunan təqdimatlarda yastı qurdlar tipi, onun quruluşu, növləri, həyat fəaliyyəti haqında geniş məlumat verildi, videoçarx təqdim olundu. Qurdların bağırsaqlarda və daxili orqanlarda yaşaya bilmələri, həzm orqanlarının müxtəlif pozğunluqlarına və ümumi qida və sinir sisteminin pozulmasına səbəb olmaları şagirdlərin diqqətinə çatdırıldı.
Sonda şagirdlər parazit qurdlardan qorunmaq üçün gigyena qydaları ilə tanış oldular.