Ümumməktəb valideyn iclası – VII, VIII siniflər

Məktəbdə VII – VIII sinif şagirdlərinin  valideynlərinin  məktəbin rəhbərliyi ilə görüşlərinə davam edir. Bununla bağlı olaraq fevralın 14 – də VII  sinif, fevralın 15 – də isə VIII sinif  şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşdə məktəb rəhbərliyi tədris ili ərzində şagirdlərin təlim və tərbiyəsi ilə bağlı valideynlərə məlumat verdilər.

Sonra məktəbin psixoloqu Ülkər Feyziyeva “Şagirdə necə dəstək olmalı” mövzusunda yeniyetməlik yaş dövründə şagird ilə necə ünsiyyət qurmaq lazımdır, şagirdin bu yaş dövründə xarakteristikası necə olur, aqressiv davranış ilə necə mübarizə aparmaq olar, akademik göstəricilərin yüksək olması üçün necə istiqamətləndirmək lazımdır, xüsusilə bu yaş dövründə suisid meyllərini valideyn necə tez müəyyən edə bilər və s. mövzularda valideynlərə məlumat verdi.Bundan başqa məktəb rəhbərliyi təlim prosesində  şagirdin vəzifə borclarını bir daha valideynlərə bildirdi. Görüşdə iştirak edən sinif rəhbərləri də şagirdlərin tədris ili  müddətində diqqət verməli olduqları nüanslar barədə valideynləri məlumatlandırdılar.

Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi