Məktəbin şagirdləri robototexnika kurslarında
Fevralın 12-də Rusiya Səfirliyinin nəzdində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində uşaqların hərtərəfli inkişafı, onlarda mühəndislik, layihələndirmə, proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək məqsədilə robototexnika kurslarının təqdimatı keçirilmişdir.
Təqdimat çərçivəsində şagirdlərə robotların yığılması və proqramlaşdırılması haqqında təlimatlar verilmişdir. Təlimatlara diqqətlə və böyük maraqla qulaq asdıqdan sonra şagirdlər onlara verilən müvafiq tapşırıqları praktik icra etmişlər.