Ümumməktəb valideyn iclası – V, VI siniflər

Fevralın 10 – da məktəbdə V – XI  sinif şagirdlərin valideynlərinin  məktəbin rəhbərliyi ilə görüşlərinə start verildi. Bununla bağlı ilk olaraq fevralın 10 – da V  sinif, fevralın 11 – də isə VI sinif  şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşdə məktəb rəhbərliyi tədris ili ərzində şagirdlərin təlim və tərbiyəsi ilə bağlı valideynlərə məlumat verdilər.

Sonra məktəbin psixoloqu Ülkər Feyziyeva “Şagirdə necə dəstək olmalı” mövzusunda ilkin yeniyetməlik yaş dövründə şagird ilə necə ünsiyyət qurmaq lazımdır, şagirdin bu yaş dövründə xarakteristikası necə olur, aqressiv davranış ilə necə mübarizə aparmaq olar, akademik göstəricilərin yüksək olması üçün necə istiqamətləndirmək lazımdır və s. mövzularda hazırladığı maarifləndirici təqdimat valideynlər tərəfindən maraqla qarşılandı.

Daha sonra məktəb rəhbərliyi təlim prosesində  şagirdin vəzifə borclarını bir daha valideynlərə bildirdi. Görüşdə V, VI  siniflərin sinif rəhbərləri də iştirak etdilər və şagirdlərin tədris ili  müddətində diqqət verməli olduqları nüanslar barədə valideynləri məlumatlandırdılar.

 Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi