Kəlbəcər işğaldan azad edildi

Noyabrın 25 – də məktəbin 4a sinfində ibtidai sinif müəllimi Rəfiqə Əliyevanın təşkilatçılığı ilə “Kəlbəcər işğaldan azad olundu” mövzusunda dəyirmi masa keçirildi. Dövlət himninin səslənməsi ilə başlayan dəyirmi masa Vətən müharibəsinin səbəbləri, gedişatı və şücaətli ordumuzun qələbəsi haqqında məlumatlarla davam etdirildi.

Daha sonra Kəlbəcərin tarixi, zəngin qızıl, mineral, su, filiz, civə  yataqları haqqında məlumat verildi və  işğal dönəmində ermənilər tərəfindən talan edilməsi dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıldı.

Sonda şagirdlər “Biz Çatdıq Kəlbəcərə!” şüarını səsləndirərək şəhidlərimizin qanı bahasına başa gələn Azərbaycan torpaqlarını göz bəbəyi kimi qorumağa, tariximizi daha dərindən öyrənməyə söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi