Şeir müsabiqəsi

Oktyabrın 15 – də məktəbin yuxarı sinif şagirdləri arasında “Zəfər yolu” adlı şeir müsabiqəsi keçirildi. Keçirilən şeir müsabiqəsinin əsas məqsədi Vətən müharibəsində torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizinqəhrəmanlıq yolu ilə yaxından tanış olmaq və onların əziz xatirəsini daim anmaq, gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşması işinə təkan vermək, xüsusi istedada malik olan uşaqları aşkar etməkdən ibarətdir.

Məktəb rəhbərliyi, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə təşkil olunan şeir müsabiqəsində ifadəli oxu tərzi ilə fərqlənən şagirdlər I, II, III, IV yerlərə layiq görüldülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi