Aslanova Sədaqət Soltan qızı 12.01.1963-cü ildə Füzulidə anadan olmuşdur.1979-cu ildə orta məktəbi bitirib N.K.Krupskaya adına BKT-yə daxil olub.1981-ci ildə texnikomu bitirmiş, 1982-ci ildə Füzuli rayonu 2 nömrəli orta məktəbdə pioner baş dəstə rəhbəri işləmişdir.1983-1988-ci illərdə H.Zərdabi adına KDPİ-nin azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır.Sonra ailə vəziyyəti ilə əlaqəli Bakıya köçmüş və 1991-ci ildən Suraxanı rayonu 273 saylı uşaq bağçası-körpələr evində tərbiyəçi təyin edilib.1992-ci ildə 281 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi, 1996-cı ildən isə həmin məktəbdə azərbaycasn dili və ədəbiyyat müəllimi təyin edilmişdir.Ailəlidir, 2 övladı var.
Ənsərova Natəvan Daşdəmir qızı 30.03.1966-cı ildə anadan olmuşdur.1985-ci ildə orta məktəbi bitirdikdən sonra S.S.Orbeliani adına TDPİ-na daxil olub və 1990-cı ildə ali məktəbi bitirmişdir.1990-1997-ci illərdə Bakı şəhəri 270 nömrəli orta məktəbdə rus dili və ədəbiyyatı müəlliməsi kimi çalışıb.1997-ci ildən 281 nömrəli tam orta məktəbdə müəllim vəzifəsinə təyin edilmişdir.Ailəlidir.
Məmmədova Xətayi İsmayıl qızı 24.11.1966-cı ildə Ağdamda anadan olmuşdur.1984-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1989-cu ildə buranı bitirmişdir.1990-1994-cü illərdə Bakı şəhəri 282 nömrəli orta məktəbdə işləmiş, 1994-cü ildən etibarən 281 nömrəli tam orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışır.Ailəlidir. 3 övladı var
Əlaqəli xəbərlər
“Azərbaycan dili milli varlığımızdır” mövzusunda esse müsabiqəsi
"Qələbəmiz düşmənə dərs olsun"
Qafarova Zərövşən Məhəmməd qızı 14.09.1975-ci ildə anadan olmuşdur.1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almış, 1997-1999-cu illərdə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır.2000-ci ildən etibarən Bakı şəhəri 281 nömrəli tam orta məktəbdə ixtisası üzrə müəllim vəzifəsinə təyin olunmuşdur.Ailəlidir, 2 ovladı var.
Əlaqəli xəbərlər
"Türk Dünyasının Bəxtiyarı" adlı şeir müsabiqəsi
”Şuşa fatehləri” adlı təqdimat
Osmanova Flora İsmayıl qızı 04.05.1982-ci ildə Xabarovskda anadan olmuşdur.1999-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş, 2003 -cü ildə fərqlənmə diplomu ilə bitirmişdir.2003-cü ildə Bakı şəhəri 196 nömrəli orta məktəbdə müəllim kimi çalışmağa başlayıb.2003-2005 -ci illərdə BDU-nun dilçilik şöbəsində təhsilini davam etdirərək magistr dərəcəsini almışdır.2012 -ci ildən 281 nömrəli tam orta məktəbdə müəllim kimi çalışır.Ailəlidir, 1 övladı var.
Sadiqova Xalidə Hüseyn qızı 03.06.1965-ci ildə Tovuz rayonunda anadan olmuşdur.1983-cü ildə ADPİ-nin Filologiya fakültəsinə daxil olub, 1987-ci ildə oranı bitirib.Həmin ildən ixtisası üzrə Sabirabad rayonu kənd məktəbində əmək fəaliyyətinə başlayıb.1990-1994-cü illərdə Bakı şəhəri 146 nömrəli orta məktəbdə müəllim kimi çalışmışdir.1995-ci ildə yaşayış yeri ilə əlaqədar 146 nömrəli məktəbdən 281 nömrəli məktəbə köçürülüb.Ailəlidir.2 övladı var.
Əlaqəli xəbərlər
"Qələbəmiz düşmənə dərs olsun"
Adışirinova Leyla Vaqif qızı 26.06.1980-cı ildə Cəbrayıl şəhərində anadan olmuşdur.1998-ci ildə ADPU-nun Filologiya fakültəsinə daxil olmuş, 2002-ci ildə oranı bitirmişdir.2002-ci ildən Bakı şəhəri 281 nömrəli tam orta məktəbdə ixtisası üzrə işləyir.Ailəlidir.
Məmmədova Leyla Əli qızı 07.11.1982-ci ildə Bakı şəhərində anadan olmuşdur.2000-2004-cü illərdə ADİU-nun Əmtəəşünaslıq fakültəsində təhsil almışdır.2004-2006-cı illərdə Saatlı rayon kənd ortya məktəbində laborant işləmiş, paralel olaraq Azərbaycan Müəllimlər İnstitu Gəncə filalı Yenidənhazirlanma fakültəsi təhsilini davam etdirmişdir.2006-cı ildən etibarən Bakı şəhəri 281 nömrəli tam orta məktəbdə informatika müəllimi olaraq əmək fəaliyyətini davam etdrir.Ailəlidir. 1övladı var.
Əliyeva Aygün Fuad qızı 30.05.1981-ci ildə Qubada anadan olmuşdur.1998-2002-ci illərdə BDU-nun Riyaziyyat fakültəsində təhsil alib.Bitirdikdən sonra 281 nömrəli tam orta məktəbə müəllim təyin edilib.Ailəlidir, 2 övladı var.
Ətraflı-->
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi