”Şuşa fatehləri” adlı təqdimat

    Deyirlər, zaman hər acıya dərman edəndir. Amma elə acılar var ki, onu heç nə ovuda bilmir. Bu, Vətən, torpaq, yurd acısıdır. 30 ildən artıq düşmən tapdağında qalan, baharı da qış olan yurd yerlərimizin axır ki, səmasında günəş parladı. Bu parıltı 44 günlük zəfər yürüşünün şəfəqləri idi.

    Ali Baş Komandanın ”Dəmir yumruq” əməliyyatı düşmənə elə bir zərbə endirdi ki, mənfurlar bu torpaqlara niyə girdiklərini unutdular. Xalqımıza qələbə sevincini yaşadan şanlı ordumuz kədər yaşlarını sevinc yaşı ilə sildi. Bu sevincin sədası tariximizə əbədi həkk olundu. Sentyabrda başlayan zəfər yolumuz oktyabrda və noyabda çiçəklərə qərq oldu.

    Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova da 8 a sinfinin vətənpərvərləri ilə bu çiçəklərə rəng qatmağa çalışdı. Onlar ”Şuşa fatehləri” adlı təqdimatla Şuşa qalasından şəhidlik zirvəsinə ucalan igidləri andılar. Onların xatirəsini ehtiramla yad edərək gələcəkdə geri alınan torpaqlarımızda, xüsusən də, Şuşada arzularının qanadlanacağına inam nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi