"Qələbəmiz düşmənə dərs olsun"

Məktəbimizdə oktyabr ayı Azərbaycan dili və ədəbiyyatı ayı idi. Ay ərzində fənnimizə aid bir çox fəaliyyətlər həyata keçirildi. Ayımızın yekunu olaraq məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İsmayılova Elgünün təşkilatçılığı ilə möhtəşəm bir tədbir keçirdik. Həmin tədbiri də Zəfər günümüzə həsr etdik. "Qələbəmiz düşmənə dərs olsun" adlı tədbirimiz maraqlı anlarla yadda qaldı. Belə ki, şagirdlərimiz səhnəcik, şeir, mahnı və rəqs nümunələri ilə çıxış etdilər. " Xurşidbanu Natəvan" əsəri əsasında hazırlanmış səhnə, Bayraq şeiri, hərbi rəqs, "Haray" və " Mənəm türk " mahnıları , "İblis" əsərindən  İblisin monoloqu və s. nümunələrlə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi