Nailiyyətlərimiz

“Fövqəladə hallar uşaqların gözü ilə “ VI Ümumrespublika yaradıcılıq müsabiqəsi2016-cı il oktyabr -dekabr aylarında Fövqəladə Hallar Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə məktəblilər arasından “Fövqəladə hallar uşaqların gözü ilə “ VI Ümumrespublika yaradıcılıq müsabiqəsi keçirmişdı. Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhda tərbiyələnməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək idi. Müsabiqəyə “Rəsm,” “Əl işi,” “Plakat,” Yanğın və qəza-xilasetmə texnikasının modeli” və “Yumşaq oyuncaq” nominasiyaları üzrə işlər təqdim olunmuşdu. Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qaliblərin mükafatlandirılması baş tutdu.281 № tam orta məktəbin 2-ci sinif şagirdləri də qaliblər sirasında idilər. Yanğın və qəza-xilasetmə texnikasının modeli nominasiyası üzrə Şıxıyeva Zəhra ikinci yerə, Mahmudov Nicat isə üçüncü yerə layiq görüldülər.

Lütfi Zadə adına Məktəblilərarası I Məntiq OlimpiadasıDekabrın 6-da Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Tədbir “Nizami” Kino Mərkəzində baş tutdu. İlk öncə olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olundu. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edərək məntiq olimpiadasının əhəmiyyətindən danışıb, istedadlı şagirlərin seçilib inkişaf etdirilməsinə xüsusi diqqət ayrildığını söylədi. Lütfi Zadənin 95 illik yubileyinə həsr olunmuş məntiq olimpiadasında paytaxtın 292 məktəbindən 23 834 nəfər V -VI sinif şagirdləri iştirak etmişdilər. 281 tam orta məktəbin Ⅶ sinif şagirdləri Camalzadə Ömər və Bağırova Sevinc də bu olimpiadada iştirak edib yüksək nəticələr əldə etdilər. Camalzadə Ömərə qızıl medal, Bağırova Sevincə isə bürünc medal təqdim olundu.

İdaman məktəblərinin VIII Respublika turniri08.11.2016-ci il tarixində Balakən rayonunda İdman məktəblərinin VIII Respublika turniri keçirilmişdi.Turnirdə V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin 7Ç sinif şagirdi Balaşlı Alim Kərəm oğlu iştirak etmişdi. Şagirdimiz 32kq çəkidə yarışa qatılmışdı. Balaşlı Alim I yerə laiq görülmüşdü.

HAQQIMIZDA

    V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəb 1988-ci ildən fəaliyyət g&ou...

BİZİM FƏXRLƏRİMİZ

Elgün Rzayev Emin

İsgəndər Ruma Fərhad

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi