Nailiyyətlərimiz

“Təhsil ağılın simasıdır” adlı riyaziyyat fənn olimpiadasının qalibləri26.01.2017-ci il tarixində Dünya Məktəbində keçirilən Bakı şəhəri üzrə VI, VII, VII sinif şagirdləri arasında “Təhsil ağılın simasıdır” adlı növbəti riyaziyyat fənn olimpiadasının qaliblərinin mükafatlandırılma tədbiri təşkil olundu. Tədbirdə Xəzər Universitetinin rektoru və Dünya Məktəbinin təsisçisi professor Hamlet İsaxanlı, müxtəlif məktəblərin direktorları, müəllimlər, valideynlər, qalib şagirdlər və digər qonaqlar iştirak edirdilər. Tədbirdə professor Hamlet İsaxanlı çıxış edib bildirdi ki, olimpiadaların keçirilməsinin istedadlı şagirdlərin üzə çıxarılmasında və onların inkişafı üçün şərait yaradılmasında rolunu böyükdür. Olimpiadada 281 saylı tam orta məktəbin şagirdləri da iştirak edirdilər. 7c sinif şagirdi Camalzadə Ömər II yerə, Əlizadə Məryəm isə III yerə layiq görüldü.

“Sabahın əsgəri” adlı yazı müsabiqəsiAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin yaradılmasının 5-ci ildönümü münasibət ilə keçirilən “Sabahın əsgəri” adlı yazı müsabiqəsində İsayev Elbəyi fərqlənmə diplomuna layiq görüldü.

20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş inşa müsabiqəsi20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş Suraxanı rayon tam orta məktəb şagirdləri arasında “ Yanvar 1990” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Bu müsabiqədə 281 №-li tam orta məktəbin 8e sinif şagirdi Nəcəfova Nuray fərqlənmə diplomuna layiq görüldü.

HAQQIMIZDA

    V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəb 1988-ci ildən fəaliyyət g&ou...

BİZİM FƏXRLƏRİMİZ

Murad Nəzərli Valeh

Azad Babayev Əbdül

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi