Bullinq nədir?

Dekabrın 3-də TTİ üzrə direktor müavini Arzu Əliyeva, psixoloq Nurlanna Əhmədova və UBR Təhminə Osmanovanın təşkilatçılığı ilə məktəbin akt zalında şagirdlərlə “Bullinq” mövzusunda tədbir keçirildi. Psixoloq bu barədə ətraflı məlumat verdi, UBR slaydlar təqdim etdi. “Mənimlə danış” videoçarxı şagirdlərin böyük marağına səbəb oldu. Maraqlı keçən seminarda şagirdlər bu mövzuda çıxış edərək səmimi və dostcasına öz fikirlərini bölüşdülər.