“Kiçik tədqiqatçılar” müsabiqəsi

Dekabrın 2-də məktəbimizdə “Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəb turu keçirildi. Müsabiqədə iştirak edən 2, 3, 4-cü sinif şagirdlərinin təqdimatları münsiflər tərəfindən dinlənildi. Uşaqlar böyük həvəs və səylə çıxış etdilər. İştirak edən komandalar arasından Nailə Rəhimovanın rəhbərlik etdiyi “Sağlam qidalanma” komandası rayon turuna yer aldı.Onlara uğurlar arzu edirik.