"Milli-mənəvi dəyərlər" mövzusunda psixoprofilaktik diskusiya

Milli-mənəvi dəyərlər və bu dəyərlərə hörmət hər bir vətəndaşın borcudur. Amma bu dəyərləri necə formalaşdırmaq cəmiyyətin öhdəsinə düşür. Məktəb psixoloqu Nurlanna Əhmədova da bu məqsədlə 5 “B” sinif şagirdləri ilə dəyərlərimiz, adət-ənənələrimiz, ailə mədəniyyətimizlə bağlı psixoprofilaktik söhbətlər apardı. Söhbət zamanı uşaqların ailəyə, ətrafa və məktəbə münasibəti, onların ünsiyyət mədəniyyəti haqqında müzakirələr edildi. Sonda bildirildi ki, uşaqlıqdan düzgün istiqamətlənmiş psixi tarazlıq sonrakı dönəmlərdə hər bir insan üçün yaşıl işıq deməkdır.