Ismayıl Şıxlı dünyasına səyahət

Azərbaycan ədəbiyyat tarixində elə şəxsiyyətlər var ki, onlar özləri bir tarixdir.Belə şəxsiyyətlərdən biri də bu il 100 illiyini sevə-sevə qeyd etdiyimiz İsmayıl Şıxlıdır. Böyük ədibin həyat və yaradıcılığı xalqımız üçün bir örnəkdir. Çünki onun yaradıcılığında millilik, azərbaycançılıq, dəyərlərə məhəbbət xətti cox güclüdür. Və bu məhəbbəti yeni nəslə aşılamaq məqsədi ilə Azərbayca dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova 6 “Ə” sinif şagirdləri ilə “İsmayıl Şıxlı-100” adlı layihə təqdim etdilər. Yazıçının “Namərd gülləsi”, “Namus qaçağı”, “Ölüləri qəbirstanda basdırın”, “Dəli Kür” əsərlərini oxuyan şagirdlər əsərlərlə bağlı divar qəzetləri , videoçarxlar, “İsmayıl Şıxlı” güşəsi, səhnəciklər və yazıçının Qabil, H.Arif ilə bağlı yumorlarını təqdim etdilər. Təqdimatdan bir daha aydın oldu ki, sənətkar əsərlərində yaşayır.