Erkən nigaha yox deyək

    İstər uşaq psixologiyasında, istərsə də erkən boşanmalar zamanı insanların psixi durumundakı problemlər, ailə daxili münaqişələr və bir çox məsələlərin kökü erkən nigahla bağlıdır. Təbii ki, bu problemi elə yerindəcə boğmaq, yeniyetmə və gəncləri maarifləndirmək həm ailənin, həm də məktəbin üzərinə düşür. Noyabrın 27-də məktəb psixoloqu Nurlanna Əhmədova da bu məqsədlə 9 “D” və 9 “Ç” sinif şagirdləri ilə psixoprofilaktik söhbət apardı. Müxtəlif ailələrlə tanışlıq, həm ölkəmizdə, həm də ölkədən kənar ailələrin daxili və ortaq problemlərindən danışan uşaqlar gələcəkdə bunlarla mübarizədə daha fəal olacaqlarını bildirdilər. Geniş təqdimat şəklində ürək ağrıdıcı videoçarxların təqdimatı yeniyetmələrin maariflənməsi üçün əvəzsiz vasitə oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi