Ümummilli lider Heydər Əliyevin anım günü

Noyabrın 23-də məktəbin ibtidai sinif müəllimi Kəmalə Əhmədova rəhbərlik etdiyi 3 “B” sinif şagirdləri ilə “Fəxri Xiyaban”a gedərək ümummilli lider, müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin məzarını ziyarət etdilər. Kəmalə Əhmədova şagirdlərə əvəzolunmaz şəxsiyyətin həyat və fəaliyyəti haqqında məlumat verdi. Şagirdlər ulu öndərin abidəsi önünə gül qoydular, ona həsr olunmuş şeirlər söylədilər.

Daha sonra sinif rəhbəri şagirləri ilə birlikdə 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində terrorist ermənilər tərəfindən Mİ-8 vertalyotunun vurulması nəticəsində həyatlarını itirmiş görkəmli dövlət xadimlərinin də məzarlarını ziyarət etdilər. Məzarları üzərinə tər qərənfillər qoydular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi