Özünəinam və güvən sağlam gələcəyin təməl daşıdır

Noyabrın 22–də məktəbin psixoloqu Nurlanna Əhmədova 5 “D” sinfində özünəgüvən, özünədəstək, ətrafla özün kimi münasibətlərin düzgün qurulması haqqında psixoprofilaktik söhbətlər apardı. Məlum oldu ki, valideyn himayəsində olan uşaqlar müstəqil həyata atılanda çətinlik çəkir. Çünki valideyndən, böyükdən asılılıq hissi onları tərk etmir. Nurlanna Əhmədova qeyd etdi ki, sağlam cəmiyyətin qarantı uşaqlıqdan özünəgüvən hissini düzgün formalaşdırmaqdadır. Çünki özünəinam və güvən bir çox çətinliklərdən layiqincə çıxmağa kömək edir.