Heydər Əliyev Mərkəzinə ekskursiya

Noyabrın 21-də məktəbin ibtidai sinif müəllimi Cəmilə Rəfiyevanın rəhbərlik etdiyi  4”Ç” sinfi Suraxanı rayonunda yerləşən “Heydər Əliyev Mərkəzi”nə ekskursiyaya getmişdi. Şagirdlər ilk öncə Heydər Əliyevin heykəlinin qarşısına güllər qoyaraq öz ehtiramlarını bildirdilər. Daha sonra bələdçi şagirdləri mərkəzlə tanış etdi.Ulu öndərimizin uşaqlıq və gənclik illərindən, hakimiyyətə gəlməsindən prezident olmasına qədər olan dövrlərdən məlumat verdi. O, Ulu öndərimizin Azərbaycanın inkişafı üçün yürütdüyü siyasətdən bəhs etdi. Verilən məlumatları diqqətlə dinləyən şagirdlər daha sonra dövlət himnimizi qururla oxudular. Ekskursiyanın sonunda sinif rəhbəri Cəmilə Rəfiyeva Ümummilli liderimiz Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamını vurğulayaraq bildirdi ki, həqiqətən də biz fəxr edirik ki, Heydər Əliyev  kimi “Öndərimiz” olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi